“Rusiya Ermənistanla KTMT-də tərəfdaşlığın tam bərpa olunacağını gözləyir. Bu həm Ermənistanın, həm də bütün regionun maraqlarına cavab verir. İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini elan etdilər, sonra bu təşkilatın daxilində fəaliyyətlərini dondurduqlarını bəyan etməyə başladılar. Mən başa düşmək istərdim ki, kim kimin tərkibindədir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyiniin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
“Regionun çox sınaqlardan keçdiyini nəzərə alsaq, söz oyunları yaxşı nəticə verməyə bilər. Xüsusilə bu ifadələr rəsmi şəxs tərəfindən işlədilirsə, bu, yaxşı hal deyil. Çünki rəsmi şəxslər işlətdikləri ifadəyə görə məsuliyyət daşıyır. Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəlikləri saxlayır. Ermənistan rəhbərliyi, fikrimizcə, erməni xalqının maraqlarına zidd olan əməkdaşlıqdan çıxmaq xəttini dəstəkləyir. Biz gözləyirik ki, bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq.
Aygün Mirakif,
KONKRET.az