“Revolut” Böyük Britaniyada bank lisenziyası aldıbackend

"Revolut" Böyük Britaniyada bank lisenziyası aldı

Britaniyanın fintech startapı Revolut cümə axşamı Böyük Britaniyanın Prudensial Tənzimləmə Təşkilatından məhdudiyyətlərlə ilkin bank lisenziyası alıb və bununla da üçillik gözləmə müddəti sona çatıb.

KONKRET.az xəbər verir ki, baş ofisi Londonda yerləşən firma ilk dəfə 2021-ci ildə bank lisenziyası üçün müraciət edib, lakin uzun gecikmələrlə üzləşib.

“Bugünkü elan “Revolut” və müştərilərimiz üçün irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır. Böyük Britaniyada bank olmaq böyük məsuliyyətdir və biz “Revolut”dan istifadə edən hər kəsin maliyyə həyatını yaxşılaşdıran məhsullar və xidmətlər təklif etmək üçün səylə çalışacağıq”, – deyə “Revolut”un Böyük Britaniyanın baş direktoru Francesca Carlesi açıqlamasında bildirib.

Orxan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*