“RİA Novosti” agentliyi “Arsax”ın qondarma nazirinin  iki müsahibəsini sildibackend

"RİA Novosti" agentliyi “Arsax”ın qondarma nazirinin iki müsahibəsini sildi

“Təəssüf ki, “RİA Novosti”nin saytından “Arsax”ın (Qarabağdakı qondarma rejim) “dövlət naziri” Artak Beqlaryanın müsahibəsi ilə bağlı iki məqalə yoxa çıxıb”.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus “KarabakhRecords” Telegram kanalı yayıb.

“Əgər onlar həqiqətən də çıxarılıbsa, bu o deməkdir ki, “RİA Novosti Bakının təziyiqindən qorxub. Bu isə əlbəttə pisdir. Agentlikdən izahat gözləməyə dəyər”, deyə mənbə yazıb. Nəşr Beqlaryanla bağlı bir məqalənin hələlik saytda qaldığını qeyd edib.

Xatırladaq ki, Azərbaycanda “RİA Novosti” saytına giriş bağlanıb. Bloka səbəb kimi Rusiyanın xəbər agentliyində “Dağlıq Qarabağ Respublikası” və onun nümayəndəsi (“dövlət naziri” Artak Beqlaryan) haqda yazının dərc edilməsi göstərilir. Azərbaycan dəfələrlə bəyan edib ki, “Dağlıq Qarabağ” adlanan inzibati-ərazi vahidi yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat yayıb. Bildirib ki, Rusiya Dövlət İnformasiya Agentliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə zidd olan böhtan və separatizm xarakterli məlumatların yayılması Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin ruhuna uyğun gəlmir.

Nazirlik qeyd edib ki, agentliyin məlumatı 2022-ci ildə prezidentlər Vladimir Putin və İlham Əliyevin imzaladıqları Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin separatizmə qarşı mübarizə bəndinə uyğun gəlmir.

Mesajda “RİA Novosti”nin iyunun 3-də yayımlanan və “DQR dövlət naziri Artak Beqlaryanın” adı çəkilən nəşrlərinə diqqət çəkilib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*