Roma Papası Fransisk qarın nahiyəsindən əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Radio 1” məlumat yayıb.
Bildirilir ki, əməliyyat 3 saat davam edib.
12:48
Roma Papası Fransisk gün ərzində ümumi anesteziya altında əməliyyat olunacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Papa Fransisk Agostino Gemelli Universitet Xəstəxanasında ümumi anesteziya altında cərrahi əməliyyat keçirəcək.
Qeyd edək ki, 86 yaşlı pontifik üçün əməliyyatdan sonrakı yırtıq səbəbindən cərrahi müdaxilə zəruri olub.
İqbal Rzayev,
KONKRET.az
