Roma papası İraqa gedir: Şiələrin lideri ilə görüşbackend

Roma papası İraqa gedir: Şiələrin lideri ilə görüş

Roma papası Fransisk İraqa səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu, Roma papasının İraqa tarixdə ilk səfəri olacaq.

Səfər 5-8 mart tarixləri arasında baş tutacaq.

Səfərin əsas məqsədi İraq xristianlarına dəstəkdir. O, Bağdadda xristian nümayəndələri ilə görüşəcək. Bundan başqa onun İraq şiələrinin lideri ayətullah Əli Sistani ilə görüşü də baş tutacaq.

Xatırladaq ki, səfərin anonsu ötən ildən verilmişdi və papa səfərinin səbəbini açıqlayaraq demişdi: İraq barədə fikirləşdiyim zaman həmişə İraqdan və digər yaxın şərq ölkələrində çıxarılan xristianlar yadıma düşür. İraqda yaşayan bir neçə yüz minlik xristian əhali İŞİD-in hücumu zamanı çox əziyyətlər çəkdilər. Amma İŞİD-in məğlubiyyətindən sonra yenə də azadlıq əldə ediblər. İraqda onların çoxlu kilsələri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*