Roma Papası: “Ukrayna ağ bayraq qaldırmalıdır”backend

Roma Papası: “Ukrayna ağ bayraq qaldırmalıdır”

Roma Papası Fransisk belə qənaətə gəlib ki, Ukraynadakı münaqişə kontekstində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və sülh danışıqlarına razı olmalıdır.

KONKRET.az xəbər verir ki, o, bu barədə İsveçrənin RSI telekanalına müsahibəsində danışıb.

“Ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür”, – deyə Papa Fransisk bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynadakı münaqişədə vasitəçi kimi çıxış etməyə hazır olan çoxlu dövlətlər var. O, həmin ölkələr arasında Türkiyənin adını çəkib.

“Vəziyyət daha da pisləşmədən danışıqlar aparmaqdan utanmayın”, – deyə Roma Papası əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*