Bugünkü mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa niyə getməsi ilə bağlı sual verilib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
O, suala qeyri-müəyyən tərzdə cavab verib:
“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu kim hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə Ermənistana və Qarabağa göndərib? Sonda deyirlər ki, bilirsiniz nə var, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır.
Bu suallara biz də cavab istəyirik. Həqiqətən bu, bizim üzləşdiyimiz ciddi problemdir”.
Aysu İbrahimova,
KONKRET.az