Ruhani Consona məktub göndərdibackend

Ruhani Consona məktub göndərdi

İran Prezidenti Həsən Ruhani Böyük Britaniyanın yeni baş naziri Boris Consona təbrik məktubu ünvanlanyıb.

Axar.az xəbər verir ki, Ruhani məktubunda bu təyinatın iki ölkə arasındakı gərginliyin sona çatmasına zəmin yaradacağına inandığını bildirib.

O, Consonun İran-Britaniya münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb. Bu olay iki ölkə arasında gərginliyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*