Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı – Fotobackend

Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı - Foto

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adı şəxs Türkiyədə saxlanılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, – deyə bildirilir.

Məlumata görə, İ. Kuzinin Ukraynada yaşamaq icazəsi olub.

Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.

Fotoda İqnat Kuzin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*