Rusiya azərbaycanlını Interpol xətti ilə axtarışa verdi – FOTObackend

Rusiya azərbaycanlını Interpol xətti ilə axtarışa verdi - FOTO

Rusiya azərbaycanlını beynəlxalq axtarışa verib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, axtarışa verilən şəxs Lənkəran rayonu, Tükəvilə kənd sakini, 39 yaşlı Anar Əliyevdir.

O, adam öldürməkdə və oğurluqda təqsirli bilinir.

Rusiyanın hüquq-mühafizə orqanları A. Əliyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün “Interpol”a müraciət ediblər.

Hazırda A. Əliyev İnterpol xətti ilə “qırmızı bülleten”lə axtarışdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*