“Rusiya bütün hədləri aşır, Kramatorsk vağzalını “Toçka-U” raketi ilə vurub” – Zelenskidən SƏRT AÇIQLAMAbackend

"Rusiya bütün hədləri aşır, Kramatorsk vağzalını "Toçka-U" raketi ilə vurub" - Zelenskidən SƏRT AÇIQLAMA

“Rusiya bütün hədləri aşır. Bu, sərhədi olmayan pislikdir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalına raket atmasını şərh edərkən bildirib.
Volodimir Zelenski qeyd edib ki,  Rusiyanın Ukrayna ilə döyüş meydanında üzləşməyə gücü çatmadığı üçün mülki əhalini hədəf alır:

“İşğalçılar minlərlə ukraynalının təxliyə üçün toplaşdığı Kramatorsk dəmiryolu vağzalını “Toçka-U” raketi ilə vurublar. Təxminən 30 nəfər həlak olub, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerində polis və xilasedicilər işləyir. Rusiya qeyri-insani üsullarından əl çəkmir. Döyüş meydanında bizə müqavimət göstərməyə güc və cəsarət tapmayaraq, dinc əhalini həyasızcasına məhv edirlər. Bu, heç bir sərhədi olmayan şərdir. Əgər cəzalandırılmasa, heç vaxt dayanmayacaq”.

Qeyd edək ki, Rusiya qoşunları bu gün Donetskə iki raket zərbəsi endirib. Raketlər Kramatorsk dəmiryolu vağzalına düşüb. Nəticədə 30 nəfər həlak olub, 100-dən çox yaralı var. İlkin məlumatda vağzalın “İskander” raketi ilə vurulduğu bildirilib. Ukrayna Silahlı Qüvvələri bu gün Sumı əyalətini Rusiya işğalından azad ediblər.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*