Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çin və Şimali Koreya ilə birgə hərbi təlimlər keçirməyi təklif edib.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Şoyqu bu təkilifi iyul ayında Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla şəxsi görüşdə səsləndirib.
Onun təklifi qəbul edib-etmədiyi məlum deyil. Yeri gəlmişkən, 2022-ci ildə Rusiya və Çin silahlı qüvvələri altı dəfə birgə hərbi təlim keçirib ki, bu da son 20 ilin maksimum göstəricisidir. Rusiya və Çinin son hərbi təlimləri bu ilin iyulunda Yapon dənizində və Sakit Okeanda baş tutub.
Xatırladaq ki, bu səfər Rusiya nümayəndə heyətinin 2020-ci ildən bəri KXDR-ə ilk səfəri idi.
Rusiya müdafiə naziri və Şimali Koreya Prezidenti Pxenyanda silah sərgisinə birgə baş çəkib və bir sıra məsələləri müzakirə ediblər.
Həmçinin qitələrarası ballistik raketlər barəsində də fikir mübadiləsi aparıblar. KXDR lideri daha sonra Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.
Vəli Həsənov,
KONKRET.az
