Rusiya dünyanı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdıbackend

Rusiya dünyanı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

“İsrail BMT Təhlükəsizlik Şurasının atəşkəs və humanitar yardım üçün Qəzza zolağına çıxışı ilə bağlı qətnaməsinin tələblərini pozub, ona görə sanksiyalar tətbiq edilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Bir daha xatırladırıq: Təhlükəsizlik Şurasının məcburi qətnamələrinə əməl edilməməsi pozucuya qarşı sanksiyaların tətbiqinə səbəb olmalıdır. Hesab edirik ki, Şura gecikmədən bu məsələyə baxmalıdır”, – Rusiya KİV daimi nümayəndədən sitat gətirir.

Onun sözlərinə görə, indi Qəzza əhalisinə humanitar yardımın çatdırılması demək olar ki, mümkün deyil. Nebenzya BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatlarına istinadən bildirib ki, İsrail ordusu sektora gedən humanitar karvanların yarısını əngəlləyir.

Nebenzyanın istinad etdiyi 2728 saylı qətnamə martın 25-də qəbul edilib. Burada xüsusilə Ramazan ayı ərzində atəşkəs, girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsi, habelə humanitar yardımın anklava çıxışının təmin edilməsi tələbləri yer alıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*