Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşdübackend

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşdü

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı onun dostları məlumat yayıb. Bildirilib ki, sənətçinin vəziyyəti ağırdır və o, ötən gündən komadadır. Onun səhhətindəki problem açıqlanmayıb.

Bloger Fidan Zeyni də Vaqif Şıxəliyevin vəziyyəti ilə bağlı paylaşım edib. O, müğənni ilə bağlı paylaşıma “Dünəndən komadan ayılmırmış” sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*