Rusiya gəmisi qəzaya uğradıbackend

Rusiya gəmisi qəzaya uğradı

Rusiyaya məxsus “Piliqrim” gəmisi dünya səyahəti zamanı Malayziya sahillərində qəzaya uğrayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Malayziyadakı diplomatik nümayəndəliyi məlumat verib.

Gəminin kapitanı və ekipaj xəsarət almayıb.

“Rusiyanın Malayziyadakı səfirliyi dünya səyahəti edən “Piliqrim” adlı Rusiya gəmisinin 2024-cü il dekabrın 20-də Borneo adasının şimal sahillərində (Malayziyanın Saravak ştatı) qəzaya uğraması ilə bağlı vəziyyətdən xəbərdardır. Diplomatik missiya hadisə barədə məlumat daxil olduğu andan etibarən gəminin kapitanı S.V.Sinelnik ilə əlaqə saxlayır. Səlahiyyətlərimiz çərçivəsində ekipaj üzvlərinə yardım göstəririk”, – səfirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*