Rusiya iki gündə Ukraynaya 200 milyon dollar dəyərində RAKET ATDIbackend

Rusiya iki gündə Ukraynaya 200 milyon dollar dəyərində RAKET ATDI

Rusiya iki gündə Ukraynaya 200 milyon dollar dəyərində raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. “Forbes”in məlumatına görə, təkcə həftə sonu, iyunun 25-i və 26-da Rusiya qoşunları Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıblar ki, onların ümumi dəyəri 150-220 milyon dollar təşkil edir.

Bildirilir ki, işğalçılar raketlərin əksəriyyətini Jitomir vilayətinə (təxminən 30), daha 20 raketi Çerniqov vilayətinə atıblar. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və

Dnepropetrovsk vilayəti, Nikolayev, Xarkov və Kiyev şəhərləri də hücuma düşmənin raket hücumlarına məruz qalıb. məruz qalıb.

Rusiya əlində olan bütün raket arsenalından istifadə edib, xüsusilə, Tochka-U, X-22, Oniks, İskəndər, Calibre və X-101 raketlərindən.

Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Xüsusilə də düşmən raketlərindən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hazırda 18 nəfərin öldüyü məlumdur.

İyunun 28-də səhər rus ordusu Nikolayevə hücum ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*