“Rusiya ilə münasibətlərdən imtina edə bilmərik, bu, strateji məsələdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə söhbətində deyib. O, Türkiyənin Rusiya ilə münasibətdən niyə imtina edə bilmədiyini açıqlayıb
Ərdoğan deyib ki, nə Putinlə, nə də Zelenski ilə münasibətləri pozmaq niyyətindədir. Türkiyə Rusiyadan və Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir.
“Bizim hər iki tərəflə (Rusiya və Ukrayna) əlaqələrimiz var. Rusiya ilə “Akkuyu” AES layihəmiz var. Gələn il bu layihəni başa çatdıracağıq və açacağıq. Bu, bizim üçün çox ciddi mənbədir. Biz istifadə etdiyimiz qazın 50%-ni Rusiyadan alırıq. Bu, bizim üçün strateji məsələdir, strateji münasibətlərdir. Biz onlardan imtina edə və poza bilmərik”, – Ərdoğan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
