Rusiya Krımda səfərbərlik ELAN ETDİbackend

Rusiya Krımda səfərbərlik ELAN ETDİ

Rusiya Krımdakı qoşunlarını Ukraynaya göndərmək qərarına gəlib.

KONKRET.az xəbər verir  ki,  bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.

“Apreldə Xalq Azadlıq Ordusunda məcburi səfərbərlik təşkil etdilər. Lakin insanlar gizlənməyə başladılar və cəbhədə bu əsgərlər ilk atəş zamanı qaçdılar. Məhz buna görə də Kreml yeni həll yolunu tapıb – 2014-cü ildə Krım xainlərinin səfərbər edilməsi”,  – deyə o bildirib.

Andrusivin sözlərinə görə, 14 minə yaxın hərbçi Ukraynaya xəyanət edərək səfərbəyliyə yazılıb.

“8 il ərzində onların çoxu tərxis olunub, pensiyaya çıxıb. Beləliklə, indi onları məcburi şəkildə səfərbər edirlər və Krımda yenidən qurulan dağılmış briqadalarla doldurulurlar. Onlar 111-ci maddə ilə dövlətə xəyanətdədirlər və 15 il həbs cəzası alacaqlar”, – deyə müşavir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*