Rusiya LGBT ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİbackend

Rusiya LGBT ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ

Rusiya Dövlət Duması LGBT təbliğatını qadağan edən qanun layihəsini təsdiqləyib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, düzəlişlər 400-ə yaxın deputat tərəfindən dəstəklənib.

Layihədə təkcə yetkinlik yaşına çatmayanlar deyil, bütün yaş qruplarından olan Rusiya vətəndaşları arasında LGBT təbliğatının qadağan edilməsi nəzərdə tutulur.

Qanuna əsasən, uşaqlar arasında yayılması qadağan olunan məlumatların siyahısının genişləndirilməsi nəzərdə tutulur. Qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməklə yanaşı, yetkinlik yaşına çatmayanların cinsini dəyişmək istəyinə səbəb ola biləcək məlumatların yayılması da qadağandır.

Bundan əlavə, “Reklam haqqında” qanuna dəyişiklik edilib. LGBT-ni təbliğ edən filmlərin nümayişinə icazə verilməyəcək. Oxşar düzəlişlər informasiya qanunvericiliyinə və KİV haqqında qanuna da təsir edəcək.

Bildirilir ki, vətəndaşlar üçün LGBT təbliğatına görə cərimənin məbləği 50 mindən 400 min rubla qədər, pedofiliyanın təbliğinə görə 200 mindən 800 min rubla qədər olacaq. Yeniyetmələr arasında cinsi dəyişməyə təşviq edən məlumatların yayılmasına görə isə bir vətəndaş 50-200 min rubl cərimələnə bilər.

Qeyd edək ki, qanun layihələri oktyabrın 20-də Dövlət Dumasına təqdim edilib. Qanunu 388 deputat, o cümlədən spiker Vyaçeslav Volodin, onun müavinləri və bütün fraksiyaların rəhbərləri imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*