Rusiya hərbçiləri Lvov vilayəti ərazisinə raket zərbələri endirib.
KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin hərbi administrasiyasının rəhbəri Maksım Kozitski teleqramında məlumat verib .
“İlkin məlumatlara görə, raket zərbələri Lvov vilayətinə endirilib”, – OVA rəhbəri yazıb.
Bundan əlavə, Lvov meri Andriy Sadovy Facebook-da yazıb ki, partlayış səsləri vilayət mərkəzində eşidilib.
O əlavə edib ki, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.
Mayın 3-ü axşam saatlarında Ukraynanın əksər vilayətlərində hava həyəcan siqnalı verilib.
