Rusiya Müdafiə Nazirliyinin binasına girmək istəyən silahlı şəxs SAXLANILDIbackend

Rusiya Müdafiə Nazirliyinin binasına girmək istəyən silahlı şəxs SAXLANILDI

Silahlı şəxs Moskvada Müdafiə Nazirliyinin binasına girməyə cəhd edib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə Müdafiə Nazirliyinin baş binasının yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, həmin şəxs tapança ilə silahlanıb və “qeyri-adekvat vəziyyətdə” olub. O, yüksək səslə qışqırıb, əl-qol atırmış. Silahlı şəxs nazirliyin ərazisinə daxil olmaq istəsə də, dərhal saxlanılıb.

“Silahlı şəxs etdiyi hərəkətin motivini izah edə bilmədi”, – nazirliyin əməkdaşı deyib.

Silah götürülərək ekspertizaya göndərilib. İlkin məlumatlara görə, silah pnevmatik tapançadır.

Saxlanılan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. O, psixiatriya şöbəsinə müayinəyə göndərilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*