Ermənistandakı seçkilər müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi şəraitində keçib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin atdığı faktiki addımları nəzərə alaraq formalaşdırmaq niyyətindədir. Ermənistanda seçkilərdən sonra Paşinyanın Mülki Müqavilə Partiyasına dəstək xeyli azalıb. Moskva həmişə güclü və həqiqətən suveren Ermənistanda maraqlı olub və olacaq. Ermənistanda keçirilən seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşmiş olduğunu açıq şəkildə nümayiş etdirdi. Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi və Ermənistanın Aİİ-də üzvlüyünün davam etdirilməsi üçün açıq bir tələb var”, – o bildirib.
Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.
Seçki nəticəsinə görə artıq Avropa Şurasının prezidenti Antonio Koşta, gürcüstan Baş naziri İrakli Kobaxidze, o cümlədən Qazaxıstan Prezidenti Qasəm-Jomart Tokayev Paşinyanı təbrik edib.
