Rusiya növbəti müharibəni Baltikyanı ölkələr və Mərkəzi Asiya ilə APARACAQ – ŞOK AÇIQLAMAbackend

Rusiya növbəti müharibəni Baltikyanı ölkələrMərkəzi Asiya ilə APARACAQ - ŞOK AÇIQLAMA

Qriqori Kozlovski Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı sahibkar və xeyriyyəçi Qriqori Kozlovski “Slava+” telekanalına müsahibəsində bildirib.

“Rux” futbol klubunun fəxri prezidenti, iş adamı Qriqori Kozlovski hesab edir ki, Rusiya Federasiyası müharibədə məğlub olsa belə, Ukraynada Rusiyanın militarist siyasəti dayanmayacaq.

“Bu, çürümüş xalqdır. Rusiya özləri heç nə edə bilməyən, lakin onlardan daha yaxşı yaşayanlara həsəd aparan insanların ərazisidir. Və tarix göstərdiyi kimi, son min ildə hamı onlardan daha yaxşı yaşayır. Onlar Moskva bataqlığında monqol kimi idilər, elə monqol kimi də qalıblar. Bu xalq heç nə yaratmayıb. Bir dəfə fikirləşirdim ki, onlar heç olmasa keçə çəkmələr və ya balalayka icad ediblər, amma yox, heç bunları da  onlar yaratmayıblar”, – Kozlovski deyib.

Onun fikrincə, Rusiyanın təcavüzkar siyasəti Ukrayna ilə bitməyəcək. İş adamı əmindir ki, hətta hərbi məğlubiyyət halında belə, Rusiya sonradan Baltikyanı ölkələr və ya Mərkəzi Asiya ilə müharibə edə biləcək.

“Problemi həll etmək üçün yalnız bir variant var. Rusiyanı məhv edin. Prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək”, – o əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*