Rusiya sınaq meydançaları nüvə sınaqlarının bərpasına hazır olmalıdır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Prezident aydın şəkildə ifadə etdi: “Biz təmin etməliyik ki, sınaq meydançamız sınaq fəaliyyətini bərpa etməyə hazır olsun. Amma praktiki baxımdan bərpa ABŞ tərəfindən müvafiq sınaqlar keçirildikdən sonra mümkündür”.
Diplomatın sözlərinə görə, Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını qanuni olaraq ləğv edir, statusu ABŞ-la balanslaşdırmaq üçün isə Moskva nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirəcək.
“Biz ratifikasiyanı geri götürürük, yəni ABŞ-ın uzun onilliklər ərzində tətbiq etdiyi şəkildə statusumuzu tarazlayırıq”, – Ryabkov deyib.
Onun sözlərinə görə. Rusiya ABŞ-ın Nevada ştatında nüvə sınaqlarına hazırlaşdığına dair işarələr qeydə alıb.
Ariz Həsənoğlu,
KONKRET.az
