Rusiya Odessanı kamikadze dronlarla vurdubackend

Rusiya Odessanı kamikadze dronlarla vurdu

Bu gün səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

“Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*