Rusiya ordusunda bu əsgərlərə qolbaq taxılır – SƏBƏBbackend

Rusiya ordusunda bu əsgərlərə qolbaq taxılır - SƏBƏB

Rusiyada əsgər ehtiyacının artması ilə əlaqadar həbsxanada olanlar da orduya göndərilməyə başlanıb.

KONKRET.az haberler.com”a istinadən xəbər verir ki, “Vaqner” qrupuna qoşulan əsgərlər arasında HİV və hepatitə yoluxma halları artır.

Bildirilir ki, orduda xəstəliklərin qarşısını almaq istəyən komandirlər HİV-ə yoluxmuş əsgərlərə qırmızı, hepatitli əsgərlərə isə ağ qolbaq taxmağa başlayıb.

Yeni metodun tətbiqindən sonra mövzu ilə bağlı əsgərlərə də məlumat verilib.

Komandirlər əsgərlərə xəbərdarlıq ediblər ki, qolbaqlı şəxslərlə təmasda olmasınlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*