Şoyqu Ukrayna pilotsuz təyyarələrindən qorxur.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Sergey Şoyqu Rusiya ilə həmsərhəd ərazilərdə Ukraynaya məxsus pilotsuz təyyarələrin məhv edilməsi barədə göstəriş verib.
Ukrayna pilotsuz təyyarələrinin məhv edilməsi əmri Rusiyanın Ukraynadakı “Qərb” qoşun qruplaşmasının komandirinə verilib.
İddialara görə, buna görə Şoyqu Ukrayna Silahlı Qüvvələrinin qurğularına yüksək dəqiqliklə vurmağı tələb edib.
Xuraman Etibarlı,
KONKRET.az
