Rusiya səfirliyi Türk Hava Yolları ilə bağlı açıqlama yaydıbackend

Rusiya səfirliyi Türk Hava Yolları ilə bağlı açıqlama yaydı

Rusiyanın Ankaradakı səfirliyi Türk Hava Yolları ilə bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, diplomatik korpus Rusiya vətəndaşlarının bu aviaşirkətin Latın Amerikasına uçuşlarından kütləvi şəkildə kənarlaşdırılması ilə bağlı vəziyyətdən sonra Türk Hava Yolları ilə uçmaqdan imtina etməyə çağırıb.

Bildirilir ki, aviaşirkətin əməkdaşları rusları təyyarəyə buraxmaqdan imtina edirlər və bunu edərkən heç də həmişə düzgün davranmırlar.

“Müxtəlif səbəblər irəli sürülür, lakin əsas etibarı ilə bu, guya təyinat ölkələrinin Rusiya vətəndaşlarının öz dövlətlərinə qəbulu ilə bağlı ciddi qaydalar müəyyən etmələri ilə bağlıdır”, – deyə səfirlik nümayəndəsi Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nota göndərdiyini qeyd edib. Bu mövzuda, lakin hələ də heç bir reaksiya verilməyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*