Rusiya sərhədində nüvə həyəcanı: Litva ərazisində ABŞ nüvə silahı yerləşdirilə bilərbackend

Rusiya sərhədində nüvə həyəcanı: Litva ərazisində ABŞ nüvə silahı yerləşdirilə bilər

Rusiya ilə NATO arasında gərginliyin pik həddə çatdığı bir vaxtda, Moskvanın birbaşa sərhədlərində nüvə silahının yerləşdirilməsi məsələsi gündəmə gəlib. Litva öz ərazisində Amerikanın nüvə arsenalının yerləşdirilməsi imkanlarını rəsmi Vaşinqtonla müzakirə etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Litvanın milli müdafiə naziri Robertas Kaunas jurnalistlərə açıqlamasında məlumat verib.

“Financial Times” qəzetinin yaydığı məlumata görə, ABŞ NATO-nun indiyədək bu proqrama cəlb olunmamış Avropa ölkələrində nüvə silahı yerləşdirmək ssenarisini nəzərdən keçirir. Vaşinqtonun bu addımdan məqsədi müttəfiqlərini inandırmaqdır ki, ABŞ tərəfindən adi hərbi dəstəyin azaldılması onların təhlükəsizliyini zəiflətməyəcək. Qəzetin üç müxtəlif mənbəsinə istinadən verdiyi xəbərdə bildirilir ki, hazırda müzakirələr nüvə başlığı daşımaq qabiliyyətinə malik olan Amerika təyyarələrinin Litvada yerləşdirilməsi ətrafında aparılır.

Müdafiə naziri Kaunas məsələyə münasibət bildirərkən, “Litva, sözsüz ki, bu prosesdən kənarda qalmır”, — deyə vurğulayıb.

Qeyd edək ki, mövcud Litva Konstitusiyası ölkə ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini birbaşa qadağan edir. Lakin Litva Prezidenti Gitanas Nauseda mövcud təhlükələri əsas gətirərək, ölkənin əsas qanununa (Konstitusiyaya) müvafiq dəyişikliklərin edilməsi təklifi ilə çıxış edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*