“Rusiya öz milli maraqlarını qorumaq üçün Ukraynada xüsusi hərbi əməliyyat keçirir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko deyib.
Onun fikrincə, Ukraynadakı münaqişəni iki ölkə arasında hərbisizləşdirilmiş zona yaratmaqla həll etmək olar. Nümunə olaraq o, Kiprdəki BMT-nin bufer zonasını göstərib və bildirib ki, bu zona adanı faktiki olaraq iki hissəyə bölür.
“Ukraynanın tərəfini tutmaq münaqişənin həlli deyil, bu, sadəcə gərginliyin artmasıdır. Mənim üçün həll yolu Kiprdə olduğu kimi Rusiya ilə Ukrayna arasında hərbisizləşdirilmiş zonadır. Rusiya təcavüzkar deyil, öz maraqlarını qoruyur”, – slovakiyalı siyasətçi deyib.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko Aİ və NATO qoşunlarının Ukraynaya göndərilməsini apokalipsislə müqayisə edib. Onun sözlərinə görə, Qərb ölkələri başa düşürlər ki, silah tədarükü və maliyyə yardımı Kiyevin qələbə qazanmasına kömək etməyəcək.
Burhan,
KONKRET.az
