Rusiya Türkiyəni Suriyaya hava məkanını açdırmağa çalışacaq.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə “Rusiya – İslam Dünyası: Kazan Sammiti 2022” XIII Beynəlxalq İqtisadi Sammiti çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Rusiya Suriyaya təyyarələrin uçması üçün Türkiyədən hava məkanının açılmasını istəyəcək.
“Ola bilər, əlbəttə”, – Boqdanov TASS-ın bununla bağlı sualını cavablandırıb.
O, qeyd edib ki, Rusiya təyyarələri üçün hava məkanının bağlanması Suriyadakı hərbi bazaların işini çətinləşdirib.
“Danışıqlar davam edir, düşünürük ki, türkiyəli tərəfdaşlarımız düzgün qərar verəcək”, – nazir müavini vurğulayıb.
“Bizim Suriyada və regionda terrorçu qrupların mövcudluğunu aradan qaldırmaq məqsədilə Suriya üzrə işləmək üçün ümumi məqsədlərimiz və formatlarımız var”, – deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
