Rusiya üzərində tribunal Xarkovda keçirilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində yazıb.
Rusiya Xarkovda ən böyük müharibə cinayətlərini törədib, bu şəhər Ukraynanın müharibədə qələbəsindən sonra Rusiya tribunalının yeri ola bilər.
O, Saltovkadan foto dərc edib və xatırladıb ki, Xarkov yaşayış massivi Ukraynanın ən böyük yaşayış massivlərindən biridir. Onu əhalinin sayına görə Mariupolla müqayisə etmək olar. Onun sözlərinə görə, indi bu, işğalçıların ən böyük cinayət səhnələrindən biridir.
“Xarkov Mordorla sərhəddə sivilizasiyanın ilk forpostudur. Qələbədən sonra bura Rusiya üzərində tribunalın yeri olacaq”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
