ABŞ-ın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə qətnamə layihəsinə Rusiya və Çinin veto qoyması dünyanı biabırçı ssenaridən xilas edib.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Biz TŞ-nin hazırkı daimi üzvlərinin, o cümlədən veto institutunun preroqativ hüquqlarının pozulmasına gətirib çıxaran təşəbbüsləri dəstəkləmirik”, – Polyanski deyib.
“Vetonun tətbiqi BMT-yə dəfələrlə şübhəli riskli investisiyaya sürüklənməmək imkanı verib. Çox keçməmiş ABŞ və onun peykləri Təhlükəsizlik Şurasının İsraili dəstəkləyən qətnaməsini təşviq etməyə cəhd edəndə hamı bunu tam dərk edə bildi”, – diplomat qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az