Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilərbackend

Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiya və İranının xarici işlər naziri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Diplomatlar Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsini vurğulayaraq, Yaxın Şərqin cari gündəliyi barədə fikir mübadiləsi aparıblar. Silahlı qarşıdurmanın tezliklə dayandırılmasının və vəziyyətin məlum beynəlxalq hüquqi əsaslarla həllinin vacibliyi qeyd edilib.

Telefon danışığı zamanı Zaqafqaziyada mövcud vəziyyət də müzakirə olunub. Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*