“Rusiya Ermənistandakı etirazları ölkənin daxili işi hesab edir və müdaxilə etmir”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib. O, Ermənistanda baş verən hadisələri ölkənin daxili işi hesab edir və müdaxilə etməyəcəklər.
Erməni mediası buna öz münasibətini bildirib.
“Nə Rusiya, nə də KTMT Ermənistandakı daxili siyasi proseslərə qarışacaq. Qazaxıstanda yanvar etirazları zamanı Rusiya Xarici İşlər Nazirliyi belə açıqlamalar verməyib. Yəni Moskva ilkin olaraq Qazaxıstan daxilində istənilən kardinal dəyişikliyin əleyhinə idi ki, bunu Ermənistan üçün demək mümkün deyil. Təbii ki, bunu Moskvadan real dəstək kimi şərh etmək olmaz, amma rejimin dəyişməsində mütləq maraq var”, – deyə erməni KİV-ləri yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
