Rusiyada Alla Puqaçovanı əvəz edən şəxs tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə qalmaqallı rusiyalı jurnalist Alyona Jiqalova danışıb. O, növbəti dəfə müharibənin ilk günlərində ailəsi ilə birlikdə İsrailə yola düşən Alla Puqaçovadan danışıb.
Əvvəlcə jurnalist “Alyona, lənətə olsun” verilişində Primadonnanın getməsi ilə Rusiyanın “yetim qaldığını”, lakin sonradan onun əvəzini tapdığını bildirib.
“Mən Filipə baxdım və başa düşdüm ki, biz yetim deyilik. Budur, bizim yeni Alla Puqaçova. Tanış olun, bu, Filipp Kirkorovdur”,- jurnalist deyib.
Jigalova qeyd edib ki, Kirkorov möhtəşəm bayramları necə təşkil etməyi bilir və xarizmaya malikdir, ona görə də Puqaçovanı asanlıqla əvəz edə bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Dumasının deputatı Anatoli Vasserman Alla Puqaçovaya qarşı nifrət kampaniyasına qoşulmuşdu. O, rusları Puqaçova tamamilə saymamağa çağırıb. Onun sözlərinə görə, bu, ağır olsa da, dözməlidirlər.
Xuraman Etibarlı,
KONKRET.az
