“Məhdudiyyətlər gələn il götürülə bilər”backend

"Məhdudiyyətlər gələn il götürülə bilər"

Rusiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş bütün məhdudiyyətlərin aradan qaldırılması yalnız 2021-ci ilin fevral ayında mümkün ola bilər.

KONKRET.az bildirir ki, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko “Birinci kanal”ın efirində yayımlanan “Dok-tok” verilişində deyib.

“Əczaçılıq baxımından idarə olunan vəziyyət yaranmalıdır. Düşünürəm ki, gələn il haqqında danışmaq lazımdır. Bu, fevraldır, nə vaxt ki, vəziyyəti idarə edə biləcəyimiz həmin profilaktik dərmanları alacağıq”, – nazir deyib.

Qeyd edək ki, indiyədək Rusiyada 545 458 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 284-ü vəfat edib, 294 306-sı sağalıb. Tibb müəssisələrində 243 868 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*