Rusiyada son bir gündə daha 5 394 nəfərə COVID-19 diaqnozu qoyulub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
79 nəfər isə koronavirus infeksiyasından ölüb.
Mənbə bildirir ki, ən çox ölüm Moskvada – 13 və Sankt-Peterburqda – 6 aşkarlanıb.
Rusiyada koronavirus qurbanlarının ümumi sayı 14 207 nəfərə çatıb.
Ümumilikdə, vəba başlanandan bəri COVID-19 856 264 nəfərdə aşkarlanıb, 653 593 xəstə sağalıb, 252.4 min adam tibbi nəzarətdədir.
Babək Göyüş
KONKRET.az
