Rusiyada daha bir general həbs edilib.
KONKRET.az xəbər verir ki, əvvəllər Moskvanın müdafiəsinə cavabdeh olan hava hücumundan müdafiə ordusuna komandanlıq edən general-mayor Konstantin Oqienko Rusiyada həbs edilib.

O, korrupsiya, o cümlədən 30 milyon rubl rüşvət almaq, habelə torpaq sahələri ilə bağlı dələduzluq ittihamı ilə həbs edilib. Müstəntiqlərin fikrincə, Oqiyenko Hava Hücumundan Müdafiə Ordusuna məxsus torpaq sahələrini tikinti məqsədləri üçün satmağa cəhd edib.
Günahı sübuta yetirilərsə, generalı 15 ilə qədər həbs gözləyir.
Natiq Səlim,
KONKRET.az
