Rusiyada daha bir terror cəhdi – FTX Rostovda əməliyyat keçirdibackend

Rusiyada daha bir terror cəhdi – FTX Rostovda əməliyyat keçirdi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov vilayətində terror aktının qarşısını alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat FTX-nin Rostov vilayəti üzrə departamentinin mətbuat xidmətinə istinadən yayılıb.

Mənbə bildirib ki, Rostov vilayətində terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb: “Həmin şəxs terror təşkilatının nümayəndəsi ilə əlaqə saxlayıb və təşkilatda iştirakını təsdiqləyib, həmçinin onun maraqları naminə təxribat və terror aktları törətməyə hazır olduğunu bəyan edib”.

Novoşaxtinsk sakininə qarşı Rusiya Cinayət Məcəlləsinin 205.5 (terror təşkilatının fəaliyyətini təşkil etmək və orada iştirak etmək) 2-ci hissəsi üzrə cinayət işi açılıb. Axtarış zamanı FTX əməkdaşları onun əlaqə vasitələrini tapıblar, onun köməyi ilə həmin şəxs terror təşkilatının nümayəndəsi ilə əlaqə saxlayıb.

Bundan başqa, FTX martın 26-da Samara vilayətində ölkədə qadağan olunmuş “Rusiya Könüllüləri Korpusu” terror təşkilatı tərəfindən hücumun qarşısını aldığı, martın 29-da isə Stavropol diyarında insanların kütləvi toplaşdığı yerdə partlayış törətməyi planlaşdıran üç şübhəlini saxladığını elan edib.

Qeyd edək ki, Rusiya ictimaiyyəti hüquq-mühfiaə orqanlarını, o cümlədən FTX-ni Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktının qarşısını almamaqda, terror baş verdikdən sonra hadisə yerinə gec gəlməkdə və proseslərə dərhal müdaxilə etməməkdə günahlandırır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*