Rusiyada güclü tornado kafeni DAĞITDI  – ANBAAN VİDEObackend

Rusiyada güclü tornado kafeni DAĞITDI - ANBAAN VİDEO

Rusiyada güclü tornado sahilə çatıb və sahildəki kafeni dağıdıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, İyulun 22-də axşam saatlarında Tuapse bölgəsində bir neçə güclü tornado müşahidə edilib.

Şahidlərin şərhlərinə əsasən, Nebuq, Aqoy, Tuapse və Şepsidə tornado baş verib.

Bu tornado Nebuq çimərliyində axşam saatlarında lentə alınıb.

Məlum olub ki, o, sahilə çıxaraq küçədəki kafeni dağıdıb. Müşahidə kamerasındakı görüntülərdə bir işçinin sökülən panjurların arasında qaldığı görünür. Kişi əlləri ilə üzünü bağlayaraq soyuducuya sıxılıb və möcüzəvi şəkildə sağ qalıb.

Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Qara dənizdə Nebuq kəndi yaxınlığında yaranan tornadonun quruya gəldiyini təsdiqləyib. Eyni zamanda, Kuban əməliyyat qərargahının məlumatına görə, dağıntı və tələfat olmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*