Rusiyada məhkəməyə “qumbara” keçirmək istədi: Yoxlama zamanı həqiqət üzə çıxdıbackend

Rusiyada məhkəməyə "qumbara" keçirmək istədi: Yoxlama zamanı həqiqət üzə çıxdı

Rusiyada Petrozavodsk sakini şəhər məhkəməsinin binasına qumbaranı imitasiya edən əşya keçirməyə çalışıb. Yoxlama zamanı onun alışqan olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Kareliya üzrə Federal Məhkəmə İcraçıları Xidməti İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmə binasındakı buraxılış məntəqəsində məhkəmələrin fəaliyyətinin müəyyən edilmiş qaydada təmin edilməsi üzrə məhkəmə icraçısı şəxsin və əşyalarının standart yoxlanılması prosedurunu həyata keçirib. Əməkdaşın diqqətini qumbaranı imitasiya edən əşya cəlb edib. Məhkəmə icraçısı vətəndaşa qadağan olunmuş əşyaları gizlətməyə cəhdə görə inzibati məsuliyyət barədə məlumat verib. Ziyarətçi döyüş sursatını imitasiya edən alışqanı göstərib və onu çantasında apardığını etiraf edib”, – məlumatda deyilir.

Qadın əşyanı içəri keçirməkdən könüllü şəkildə imtina edib və bu, ona inzibati məsuliyyətdən yayınmağa imkan verib.\\Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*