Rusiyada müstəqil jurnalistlər saxlanılıbbackend

Rusiyada müstəqil jurnalistlər saxlanılıb

Moskvada müstəqil jurnalistlər saxlanılıb və evlərində axtarışlar aparılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, “Sotavision” nəşrinin jurnalisti və fotoqrafı Antonina Favorskayanın “Korrupsiya ilə Mübarizə Fondu (FBK) işi” üzrə həbs olunmasından sonra baş verib.

Polis əməkdaşları jurnalisti martın 27-də axşam saatlarında Moskvadakı “Saxarovo” xüsusi təcridxanasının çıxışında həbs ediblər. Həmin təcridxanada jurnalist polisə tabe olmama protokolu (İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsi) üzrə 10 sutka inzibati həbs cəzası çəkib.

Həbsdən sonra Favorskayanın faktiki yaşayış yerində və qeydiyyatda olduğu valideynlərinin mənzilində axtarışlar aparılıb. Dindirilmədən sonra Favorskaya müvəqqəti saxlanma təcridxanasına aparılıb.

“Saxarovo” xüsusi təcridxanasının və Favorskayanın evinin yaxınlığında fotoqraf Aleksandra Astaxova, jurnalistlər Anastasiya Musatova, Yekaterina Anikeviç və Konstantin Jarov da saxlanılıb. Onların evlərində axtarışlar aparılıb. Dindirilmədən sonra Yekaterina Anikeviç və Konstantin Jarovun təcili yardım maşınında xəstəxanaya aparıldığı vurğulanıb.

Qeyd edək ki, A.Favorskaya FBK-nın yaradıcısı Aleksey Navalnının iştirakı ilə keçirilən məhkəmə proseslərini işıqlandırıb. Siyasətçinin həbsxanada ölümündən bir bir ay əvvəl jurnalist Xarp kəndi və Navalnının saxlandığı koloniya haqqında fotoreportaj hazırlamaq üçün Yamalo-Nenets Muxtar Dairəsinə gedib. O, Navalnı ilə sonuncu videonu fevralın 15-də çəkib. Navalnının Moskvada dəfn mərasimindən sonra Favorskaya, demək olar ki, hər gün Borisov qəbiristanlığını ziyarət edib, burada siyasətçinin məzarında baş verənləri əks etdirən fotoşəkillər və videolar çəkib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*