Rusiyada ölüm hökmü bərpa oluna bilərbackend

Rusiyada ölüm hökmü bərpa oluna bilər

“Rusiyada ölüm hökmünün qaytarılması ilə çağırışlar var”.

KONKRET.az xəbər verir ki, bunu Dumanın “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev deyib.

O bildirib ki, məsələ “Krokus Siti Holl”da baş verən terror aktından sonra gündəmə gəlib.

“İndi ölüm hökmü ilə bağlı çoxlu suallar verilir. Bu mövzu, şübhəsiz ki, dərindən və peşəkarcasına öyrəniləcək. Sonda cəmiyyətimizin gözləntilərinə cavab verəcək qərar qəbul olunacaq”, – deyə Vladimir Vasilyev əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*