Piterdə teraktı törədən qadın həbs edildi – YENİLƏNİBbackend

Piterdə teraktı törədən qadın həbs edildi - YENİLƏNİB

Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü terror aktında ittiham edilən Daria Trepova barəsində Moskvanın Basmannı məhkəməsi həbs-qətiimkan tədbiri seçib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə istintaqın vəsatətinin təmin edilməsi və Daria Trepova barəsində 2023-cü il iyunun 2-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb”, – bildirilib.

18:45

Darya Trepova 25 il müddətinə həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqda “hərbi müxbir” Vladlen Tatarskinin ölümü və 40 nəfərin yaralanması ilə nəticələnən terror aktını törətməkdə təqsirləndirilən Darya Trepova məhkəmə zalına aparılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Prokuror onun iki ay müddətinə istintaq təcridxanasına salınmasını tələb edib. Gələcək məhkəmələrdə onu “terror hücumu” maddəsi ilə maksimum 25 il həbs cəzası gözləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*