Rusiyada terror qurbanlarının SAYI ARTDIbackend

Rusiyada terror qurbanlarının SAYI ARTDI

“Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində son dərəcə ağır vəziyyətdə olanlardan biri dünyasını dəyişib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Mixail Muraşko bildirib.

“Təəssüf ki, vəziyyəti çox ağır olan zərərçəkənlərdən biri vəfat edib, həkimlər mümkün olan hər şeyi ediblər”, – nazir bildirib.

Beləliklə, ölənlərin sayı hazırda 140 nəfərə çatıb. Hazırda dörd yaralının vəziyyəti çox ağır, 19 nəfərin vəziyyəti ağır olaraq qalır.

Son məlumatlara görə, terrorçuların hücumundan 360 nəfər zərər çəkib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*