Ötən gecə Rusiyanın paytaxtı Moskvada mənzildə yanğın baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib.
Paytaxtın Leninski prospektində 9 mərtəbəli binada baş verən yanğınla əlaqədar 400-ə yaxın insanın təxliyə edilib. Binanın damında başlayan yanğın ayrı-ayrı mənzillərə keçib.
Hadisə yerinə təxminən 150 yanğınsöndürən və helikopterin cəlb edilib.
Rusiya Nəqliyyat Nazirliyi yanğınla əlaqədar şəhərdə nəqliyyatda fasilələr yarandığını açıqlayıb.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
İqbal Rzayev,
KONKRET.az
