Moskva Tehrana Xəzərdə öz hərbi donanmasını artırmağa icazə vermir.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, bu barədə İranın Nəqliyyat Müəssisələri Mərkəzinin İdarə Heyətinin üzvü məlumat verib.
O bildirib ki, Rusiya İrana Xəzər dənizində öz hərbi donanmasının sayını artırmağa icazə vermir.
Hamıya “qırmızı xətt” xəbərdarlığı edən İran, görəsən, Rusiyanın bu qadağasına necə cavab verəcək?
Xuraman Etibarlı,
KONKRET.az
