Erməni mediası daha bir sensasion məlumat yayıb.
KONKRET.az xəbər verir ki, hakimiyyət müxtəlif kanallarla bir ildən çoxdur belə dezinformasiyalar yayır ki, guya Rusiya Ermənistandan silah-sursatın pulunu qabaqcadan alsa da, qarşı tərəfi lazımi silah və sursatlarla təmin etməyib.
Mətbuat Rusiyadakı etibarlı mənbələrinə istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın “SMERÇ” tipli raketlər istehsal edən “Splav” zavodu arasında müqavilə imzalanıb. Zavod malları çatdırmağa hazır olduğunu bildirsə də, artıq 3 il keçsə də, İrəvan malları Ermənistana daşıya bilmir.
“Məhsulu götürmək üçün “Сплав”” ASC Müdafiə Nazirliyinə 3 dəfə müraciət edib. Həmin yazılı müraciətdə vurğulanıb ki, o ölçüdə məhsullar anbarda uzun müddət qala bilməz. Lakin Müdafiə Nazirliyi malların daşınmasını təşkil etməyib.
Rusiya-Ukrayna müharibəsi başladığına görə Moskva həmin raketlərdən istifadə etmək qərarına gəlib. Şübhəsiz ki, hər bir döyüşən ölkə bunu edərdi. Müharibə vəziyyətinə baxmayaraq, Rusiya Ermənistan Müdafiə Nazirliyinə bildirir ki, dostluq münasibətləri nəzərə alınmaqla, mallar partiyalarla çatdırılacaq.
Bizə o da məlum oldu ki, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kreditlə 1 milyard 400 milyon ABŞ dolları dəyərində silah-sursat təklif edib. Artıq 400 milyon ABŞ dolları dəyərində müqavilələr hazırlanıb. Lakin Ermənistan müəmmalı şəkildə bu müqavilələrdən imtina edib. Əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayıb və tez bir zamanda həmin şirkətlərə 500 milyon dollar köçürülüb. Əldə etdiyimiz məlumata görə, məhsullar 3 dəfə baha qiymətə alınıb”, – deyə “Joqovurd” yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
