Rusiyalı deputat: “Bu sammit boş və mənasızdır, görüntü xarakteri daşıyır”backend

Rusiyalı deputat: "Bu sammit boş və mənasızdır, görüntü xarakteri daşıyır"

“İsveçrənin Ukrayna ilə bağlı qarşıdan gələn sammiti suverenliyi olmayan dövlətlərin paradı olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikri Dövlət Dumasının Krım regionundan deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Vaşinqtona tabe olan, bunula da suverenliyini itirən dövlətləri sammitə sanki məcburi gətirir. Bu tədbir boş və mənasız, görüntü xarakteri daşıyır.

“Bu sammit ABŞ-ın sədaları altında rəqs edən suverenliyi olmayan dövlətlərin paradı olacaq”.

Deputat əlavə edib ki, sammit iştirakçıları “Amerikalı ağanın tərifi” naminə öz ölkələrinin milli maraqlarına əhəmiyyət verməyən zəif iradəli siyasətçilər kimi əbədi olaraq utanc içində yaşayacaqlar.

Xatırladaq ki, İsveçrə prezidenti Viola Amherd bildirmişdi ki, Ukrayna üzrə sammit Rusiyanın iştirakı olmadan keçirilməli deyil. Onun fikrincə, əks halda tədbirin əsl sülh konfransına çevrilməsi mümkün deyil.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*